Tariximiz

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi 18 sentyabr 2015-ci il UNEC-in Elmi Şurasının qərari ilə yaradılmış, 28 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. Birlik “Qeyri-hökumət təskilatlari (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq Nizamnaməsində müəyyən edilmiş məqsədlərlə ümumi maraqlar əsasinda birləsmis bir neçə fiziki səxsin təsəbbüsü ilə yaradılmış, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və gəlirini üzvlər arasında bölməyən, daimi əsaslarla fəaliyyət göstərən ictimai birlikdir. Birliyin təsisçiləri UNEC-in rektorunun müşaviri i.ü.f.d Elşən Bağırzadə, UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Məmmədova və UNEC-in 3-cü kurs tələbəsi Hidayət Kərimovdur.

BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Birliyin əsas məqsədi iqtisadçı tələbələrin biliklərinin artırılmasına və onlarin elmi arasdirmalarina kömək etməkdən ibarətdir.

Birlik məqsədlərinə çatmaq üçün asagidaki vəzifələri həyata keçirir:

  • elmin və təhsilin inkisafi, gənclər siyasəti sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təblig etmək;
  • tələbələr arasinda əməkdasligi və təcrübə mübadiləsini təsviq etmək;
  • iqtisadçi tələbələr arasinda yaradiciligin inkisafina yardim etmək.

Nizamnaməsində nəzərdə tutulmus vəzifələri həyata keçirmək üçün Birlik:

  • elmi arasdirmalar aparir, müxtəlif kuslar və seminarlar, dəyirmi masa və görüslər, sərgilər təskil edir;
  • ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təskilatlari, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
  • məqsədləri və fəaliyyəti barədə məlumati sərbəst yayir, qanunvericiliyə müvafiq qaydada mətbu nəsrlər təsis edir;
  • Azərbaycan Respublikasinin aidiyyəti dövlət, bələdiyyə orqanlari və beynəlxalq təskilatlarla əməkdasliq edir.

“Iqtisadçi Tələbələrin Elmi fəaliyyətinə Yardim” Ictimai Birliyinin Strukturu:

  • Birliyin sədri-həmtəsisçi
  • Birliyin bas katibi-həmtəsisçi
  • Birliyin bas katibinin müavini-həmtəsisçi
  • Birliyin sədrinin müsaviri
  • Birliyin sədrinin müavinləri
  • Nəzarət – Təftis Kommisiyasi
  • Birliyin Beynəlxalq əlaqələrlə is üzrə katibi
  • Birliyin Təhsil müəsisələri və QHT-lərlə is üzrə katibi
  • Birliyin mətbuat katibi
  • Birliyin mərkəz və departamentlərinin rəhbərləri
  • Birliyin fakültələr üzrə koordinatorlari

Ictimai Birliyin nəznində asagidaki mərkəz və departamentlər fəaliyyət göstərir:

Mərkəzlər:

1) Elmi Tədqiqat mərkəzi
2) Intellektual Oyunlar mərkəzi
3) Informasiya Texnologiyalari mərkəzi
4) Təlim mərkəzi
5) Xarici Dillər mərkəzi
6) Karyera Mərkəzi

 

Departamentlər:

1) Layihələr departamenti
2) Ictimaiyyətlə əlaqələr departamenti
3) Insan Resurslari departamenti